Başqası ilə evlənmək istəyən sevgilisinin əlini kəsdi
15 mart 2024 18:01 (UTC +04:00)

Başqası ilə evlənmək istəyən sevgilisinin əlini kəsdi

Hindistanda bir kişi başqası ilə evlənmək istəyən sevgilisinin əlini kəsib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Uttar Pradeş ştatının Unnao rayonunda baş verib. 25 yaşlı Rinku ailəsinin onu başqa kişiyə ərə vermək istəməsinə baxmayaraq, sevdiyi qızla bir neçə ay görüşüb.

Qızın yaxınları aprelin 19-da baş tutmalı olan toya hazırlığa başlayıblar. Bundan xəbər tutan Rinku məsələni həll etmək üçün qızıgörüşə çağırıb. Orada onu valideynlərinin tapdığı bəyi rədd etməyə təkid edib.

Qız ailəsinə qarşı çıxmaqdan imtina edib. Sonra Rinku bağ qayçısı ilə qızın əlini kəsib. Zərərçəkmiş xəstəxanaya çatdırılıb, şübhəli şəxs isə bir neçə saat sonra polis tərəfindən saxlanılıb.

# 2244
avatar

Oxşar yazılar