Dünyanın ən isti yeri:  temperatur saniyələr içində qayaları əridir
16 oktyabr 2025 16:11 (UTC +04:00)

Dünyanın ən isti yeri: temperatur saniyələr içində qayaları əridir

0

Dünya üzrə indiyə qədər ölçülmüş ən yüksək səth temperaturu İranın şərqində yerləşən Dəşt-e Lut səhrasında qeydə alınıb. Peyk müşahidələrinə əsasən, burada kölgədə 80,8°C temperatur ölçülüb ki, bu da Yer planetinin mütləq istilik rekordu sayılır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu inanılmaz göstərici 2005-ci ildə qeydə alınıb və o vaxtdan bəri dünyanın heç bir yerində bu dərəcəyə yaxın nəticə müşahidə edilməyib.

“Təbiətin sobalarından biri”

Mütəxəssislərin sözlərinə görə, Dəşt-e Lut səhrasının unikal coğrafi və geoloji şəraiti buranı təbiətin əsl “od sınağı”na çevirir. Qaranlıq rəngli çınqıllı səthlər günəş şüalarını maksimum dərəcədə udur, ətrafdakı dağlar isə rütubətli hava axınlarının keçməsinə mane olur.

Bitki örtüyünün olmaması və son dərəcə aşağı rütubət səbəbindən səthin istiliyi kritik həddə çatır, belə şəraitdə su yerə hopmadan buxarlanır.

Daşlar belə əriyir

Elm adamlarının bildirdiyinə görə, bəzi növ qayalar 60°C-dən yuxarı temperaturda əriməyə başlayır və nəticədə təbii şüşəyə bənzər bir maddə yaranır. Dəşt-e Lut səhrasında bu proses tamamilə təbii şəraitdə müşahidə olunur. Bu, Yer üzündə nadir hadisədir.

Hətta Sahara və ya Ölüm Vadisi kimi ən isti bölgələrdə belə temperatur bu qədər yüksək səviyyəyə çatmır.

Yaşamaq mümkünsüzdür

Səhranın mərkəzi hissəsində daimi əhali yoxdur, çünki burada yaşamaq üçün normal şərait yaratmaq qeyri-mümkündür. Yalnız köçəri tayfalar ilin sərin aylarında səhranın kənar hissələrindən keçirlər.

Elmi maraq və ekstremal sınaqlar

Alimlər bu ərazini hələ də aktiv şəkildə tədqiq edirlər. Məqsəd canlıların ekstremal şəraitə uyğunlaşma həddini müəyyənləşdirməkdir. Dəşt-e Lut bu gün də planetin ən isti nöqtəsi olaraq qalır və təbiətin gücünü ən sərt və heyrətamiz formada nümayiş etdirir.

Bu səhraya gələn azsaylı tədqiqatçılar və macəraçılar buranı Marss şəraitinə ən çox bənzəyən yer kimi təsvir edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 499

Oxşar yazılar