Finlandiyada mikroavtobus partladı:  iki nəfər öldü
02 noyabr 2025 04:54 (UTC +04:00)

Finlandiyada mikroavtobus partladı: iki nəfər öldü

0

Finlandiyanın cənub-şərqində yerləşən otel ərazisində mikroavtobusun partlaması nəticəsində azı iki nəfər həlak olub.

Lent.az xəbər verir ki, bu barədə məlumatı ölkənin ictimai yayımçısı Yle yayıb.

Məlumata görə, partlayış nəticəsində binanın fasadı və bir neçə avtomobil zədələnib. Alov otelin giriş hissəsindəki örtüyə yayılıb, lakin əsas bina yanğından ciddi zərər görməyib.

Həlak olan şəxslər barədə və onların hadisə ilə əlaqəsi barədə məlumat açıqlanmayıb.

Polis araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar