Fransada 2 milyon avroluq  avtomobil oğurlayan dəstə saxlanıldı
24 may 2026 22:33 (UTC +04:00)

Fransada 2 milyon avroluq avtomobil oğurlayan dəstə saxlanıldı

0

Fransada Parisdə yerləşən mühafizə olunan dayanacaqdan onlarla bahalı avtomobil oğurlayan dəstənin üzvləri saxlanılıb.

Bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Paris prokurorluğundakı mənbənin sözlərinə görə, oğurlanan 27 avtomobildən 21-i tapılıb. Onların arasında "Porsche", "Ferrari" və "Maserati" markalı avtomobillər də var.

Aşkarlanan avtomobillərin ümumi dəyərinin təxminən 2 milyon avro olduğu bildirilir. Bəzi maşınların zədələndiyi və ya qismən yandırıldığı qeyd olunub.

İstintaqın məlumatına görə, mayın 16-dan 17-nə keçən gecə baş verən oğurluqda təxminən 50 nəfər iştirak edib.

Şübhəlilər dayanacağın giriş qapısını sındıraraq içəri daxil olub, daha sonra avtomobillərin açarlarını və sənədlərini ələ keçiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar