Həkim gizli şəkildə xəstələri izlədi, həbs edildi
04 dekabr 2025 07:52 (UTC +04:00)

Həkim gizli şəkildə xəstələri izlədi, həbs edildi

0

ABŞ-ın Miçiqan ştatından olan həkim pasiyentlərə qarşı seksual zorakılıq etdiyi və gizli müşahidə apardığı üçün 35 ildən 60 ilədək həbs cəzasına məhkum edilib.

Lent.az bu barədə "People" jurnalına istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ildə 42 yaşlı Umayr Ejjaz barəsində cinayət işi açılıb. Buna səbəb onun həyat yoldaşının polisə təqdim etdiyi gizli videoçəkiliş materialları olub. Həmin kadrlarda qadının özü, övladları və digər qadın qohumları əks olunub.

İstintaq zamanı müəyyən edilib ki, həkim xəstəxana palatalarında da gizli kameralar quraşdıraraq pasiyentlərin şəxsi həyat toxunulmazlığına zidd hərəkət edib və mövqeyindən sui-istifadə edib.

Qeyd olunub ki, yuxarıda sadalanan ittihamlardan əlavə, bir neçə pasiyent də Ejjaza qarşı məhkəməyə iddia qaldıraraq onun xəstəxanada zorakılıq törətdiyini bildirib.

"Oakland dairəsinin şerifi Maykl Buşar hakim Andersonun hökmünü və prokurorun bu xəstə insanı tam məsuliyyətə cəlb etmək səylərini alqışlayıram", – deyə jurnal şerifin sözlərini sitat gətirib.

Jurnal vurğulayıb ki, hazırda Ejjaz işi üzrə istintaq hələ də davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar