İmamoğlu ikinci dəfə ifadə verməyə başladı
22 mart 2025 11:18 (UTC +04:00)

İmamoğlu ikinci dəfə ifadə verməyə başladı

İstanbul Baş Prokurorluğu tərəfindən saxlanılan İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu terrorla bağlı istintaq çərçivəsində ikinci dəfə ifadə verməyə başlayıb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, İmamoğlu və 99 şübhəli barəsində “cinayət təşkilatının lideri olmaq”, “cinayət təşkilatına üzv olmaq”, “qəsb”, “rüşvət almaq”, “ağır fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tenderdə saxtakarlıq etmək” cinayətləri ilə bağlı istintaq başladılıb.

İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qrupları korrupsiya istintaqı çərçivəsində İmamoğlunun saxlanıldığı Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinə gedərək ifadə almağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1182

Oxşar yazılar