İmran Xanın ölüm xəbəri  yayıldı, tərəfdarları həbsxanaya axışdı
26 noyabr 2025 15:38 (UTC +04:00)

İmran Xanın ölüm xəbəri yayıldı, tərəfdarları həbsxanaya axışdı

0

Bu gün bir sıra Əfqanıstan KİV-ləri Pakistannın sabiq baş naziri İmran Xanın həbsxanada həlak olması barədə təsdiqlənməmiş məlumatlar yayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, “Afghanistan Times “etibarlı mənbə”yə istinadən siyasətçinin müəmmalı şəkildə qətlə yetirildiyini və cəsədinin gizlicə həbsxanadan çıxarıldığını bildirib.

Başqa bir əfqan nəşri isə Pakistan ordusundakı anonim mənbəyə istinad edərək iddia edir ki, İmran Xanın ölümü 17 gün əvvəl baş verib. Bu xəbərlərin fonunda siyasətçinin yüzlərlə tərəfdarı və partiya üzvləri Adiala həbsxanası qarşısında toplaşaraq liderin taleyi ilə bağlı rəsmi izahat tələb ediblər.

Pakistan hakimiyyəti hələlik bu iddialarla bağlı heç bir açıqlama verməyib. Sosial şəbəkələrdə isə hökumətin keçmiş baş nazirin ölümünə dair şayiələri təkzib etdiyi barədə paylaşımlar yayılır. Bununla belə, noyabrın 25-də həbsxana rəisi İslamabad Ali Məhkəməsinə rəsmi məktubunda bildirib ki, İmran Xan ciddi nəzarət altında saxlanılır.

Həbsxana qarşısında etiraz edənlər arasında İmran Xanın bacısı da var. Təhlükəsizliyin təmin edilməsi və vəziyyətə nəzarət üçün hökumət hadisə yerinə yüzlərlə hərbçi göndərib.

Xatırladaq ki, 2024-cü ilin yanvar ayında İmran Xan və onun həyat yoldaşı korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edilib. Bundan əvvəl isə o, dövlət sirrini açıqladığı üçün əlavə 10 il cəza alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 62

Oxşar yazılar