İranda Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədi həbs olunub.
Lent.az APA-ya istinadən xəbər verir ki, o, hüquq müdafiəçisi Xosrov Əlikürdinin yas mərasimində iştirak edərkən başqa aktivistlərlə birlikdə saxlanılıb.
Qeyd edək ki, Nərgiz Məhəmmədinin yas mərasimində iştirak etdiyi Xosrov Əlikürdi insan haqları müdafiəçisi olub. Əlikürdi bir həftə əvvəl öz ofisində ölü tapılıb. Ekspertiza nəticəsinə görə, o, ürəktutmasından ölüb.
Xatırladaq ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. 1996-cı ildən jurnalistika fəaliyyətinə başlayıb, İranda bir sıra KİV-də işləyib. Nərgiz Məhəmmədi 2023-cü ildə İranda insan haqlarının müdafiəçisi kimi Nobel Sülh Mükafatına layiq görülüb.