İŞİD-in Suriyadakı rəhbəri özünü partlatdı
11 avqust 2022 00:12 (UTC +04:00)

İŞİD-in Suriyadakı rəhbəri özünü partlatdı

İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının Suriyadakı rəhbəri Əbu Salim əl-İraqi zərərsizləşdirilib.

Lent.az-ın xəbərinə görə, bu barədə rəsmi SANA agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, Suriya ordusu Dəraa vilayətində xüsusi əməliyyat keçirib. Hökumət qüvvələri ilə döyüşdə yaralanan əl-İraqi son anda özünü partladıb.

Məlumatı baş ofisi Londonda yerləşən Suriyada İnsan Hüquqlarını Müşahidəsi Qrupu da təsdiqləyib. 
 

# 1344
avatar

Oxşar yazılar