İt sahibini güllələdi  - Görün necə?
15 noyabr 2025 10:35 (UTC +04:00)

İt sahibini güllələdi - Görün necə?

0

ABŞ-da ev heyvanının iştirakı ilə qeyri-adi bir hadisə baş verib. Bir it təsadüfən tüfəngdən atəş açaraq sahibini yaralayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Pensilvaniyada baş verib. Zərərçəkən silahını təmizləyirmiş və ehtiyatsızlıq səbəbindən onu yatağın üstündə buraxıb. Elə həmin anda it qəfil çarpayaya tullanıb və təsadüfən tətik mexanizminə toxunaraq atəşin açılmasına səbəb olub.

53 yaşlı kişinin yaxınlığında olan oğlu dərhal təcili yardıma zəng edib. Yaralı xəstəxanaya çatdırılıb və ona təcili cərrahi müdaxilə edilib. Son məlumatlara görə, yaralının vəziyyəti sabitləşib.

Hüquq-mühafizə orqanlarının nümayəndələri hadisəni böyük ehtimalla bədbəxt hadisə kimi qiymətləndirirlər, lakin bütün halları tam müəyyən etmək üçün rəsmi istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar