Rusiyanın Kamçatka diyarı sahillərində 6 maqnitudalı zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı yayıb.
Açıqlamaya görə, episentr Petropavlovsk-Kamçatsk şəhərindən 233 kilometr məsafədə, 8,9 kilometr dərinlikdə yerləşib.
Hazırda zəlzələnin dağıdıcı təsirləri və sunami təhlükəsi ilə bağlı məlumat verilmir.
Mütəxəssislər bölgədə təkrar yeraltı təkanların ola biləcəyi barədə xəbərdarlıq ediblər.