Kimsəsiz adaya  düşdülər, kokosla qidalanıb sağ qaldılar
13 aprel 2024 06:41 (UTC +04:00)

Kimsəsiz adaya düşdülər, kokosla qidalanıb sağ qaldılar

Mikroneziyada üç dənizçi okeanın ortasında yerləşən kimsəsiz adada bir həftədən çox müddətdə ilişib qalıblar.

Lent.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Balıq tutarkən güclü dalğalar onların gəmisini zədələyib.

Dənizçilər ən yaxın sahilə üzmək məcburiyyətində qalıblar və nəticədə onlar Yap əyalətindəki kimsəsiz Pikelot adasına düşüblər.

Sahil mühafizəsi ilə əlaqə saxlamaq üçün istifadə edə bildikləri rabitə vasitəsinin enerjjisi tükəndiyi üçün palma yarpaqlarından sahildə “help” sözünü yazıblar.

Bütün bu müddət ərzində onlar kokos yeyib, bəzən yerli balıqçıların ziyarət etdiyi adadakı kiçik bir quyudan şirin su içiblər.

İtkin düşmüş şəxslərin axtarışlarına aprelin 6-da onların yaxınlarından biri xilasedicilərə zəng edərək itkin düşmələri barədə məlumat verdikdən sonra başlayıb.

Bir gün sonra axtarış-xilasetmə əməliyyatı zamanı patrul təyyarəsinin ekipajı Pikelot sahilində palma yarpaqlarından hazırlanmış “kömək” sözünü aşkar ediblər.

Əməliyyat koordinatorunun sözlərinə görə, bu, xilasedicilərə dənizçiləri tez tapmağa kömək edib.

 

# 2049
avatar

Oxşar yazılar

Gürcüstan parlamentində DAVA -  VİDEO

Gürcüstan parlamentində DAVA - VİDEO

14 may 2024 , 14:51
Ermənistandakı kütləvi aksiyalarda POLİS ZORAKILIĞI - VİDEO

Ermənistandakı kütləvi aksiyalarda POLİS ZORAKILIĞI- VİDEO

14 may 2024 , 13:11
Rusiya MN-in generalı həbs olundu

Rusiya MN-in generalı həbs olundu

14 may 2024 , 03:05
Bekhem toyuqlarla video paylaşdı - VİDEO

Bekhem toyuqlarla video paylaşdı - VİDEO

14 may 2024 , 02:39
Reklam lövhəsi aşdı, ölənlər var

Reklam lövhəsi aşdı, ölənlər var

14 may 2024 , 01:37
Tbilisidəki aksiyada bir qrup polis etirazçını belə döydü -VİDEO

Tbilisidəki aksiyada bir qrup polis etirazçını belə döydü -VİDEO

13 may 2024 , 17:36
Molla rejimi milli fəalın evinə basqın etdi – Anasını tutdular

Molla rejimi milli fəalın evinə basqın etdi – Anasını tutdular

13 may 2024 , 12:12
Şənlikdə atışma:  3 nəfər öldü

Şənlikdə atışma: 3 nəfər öldü

13 may 2024 , 07:49