Marsda planetə aid olmayan  daş tapıldı
20 noyabr 2025 04:48 (UTC +04:00)

Marsda planetə aid olmayan daş tapıldı

0

NASA-nın "Perseverance" roveri Marsın səthində qeyri-adi bir daş aşkar edib. Ehtimal olunur ki, bu daş Günəş sisteminin başqa bir hissəsindən gələn meteoritdir.

Lent.az "Daily Mail"ə istinadən xəbər verir ki, alimlər lazer spektrometrindən istifadə edərək daşın tərkibini təhlil etdikdən sonra bu nəticəyə gəliblər.

"Phobosaxla" adlandırılan, eni 80 sm olan daş Cezero kraterinin kənarında tapılıb. Onun tərkibində meteoritlər üçün xarakterik olan dəmir və nikel müəyyən edilib. Bu elementlərin kombinasiyası adətən böyük asteroidlərin nüvələrində formalaşan meteoritlərlə əlaqələndirilir və Marsda tapılan bu daşın kənarmənşəli olduğunu göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar