Maşınlar qoşquya çırpıldı, yaralıllar var
21 mart 2024 21:42 (UTC +04:00)

Maşınlar qoşquya çırpıldı, yaralıllar var

Türkiyədə iki avtomobil və bir yük maşınının iştirakı ilə yol qəzası olub.

Lent.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Hadisə Kayseri şəhərinin Kocasinan rayonunda baş verib.

İki minik avtomobili yol kənarındakı yük maşınının qoşqusuna çırpılıb.

Yol qəzasında yaralanan 5 nəfər xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

# 2253
avatar

Oxşar yazılar