Maskın rəqibi uğursuzluqla üzləşdi-VİDEO
30 mart 2025 17:09 (UTC +04:00)

Maskın rəqibi uğursuzluqla üzləşdi-VİDEO

Almaniyanın “Isar Aerospace” şirkətinin “Spectrum” raket-daşıyıcısı buraxılışdan az sonra yerə düşüb.

Lent.az-ın xəbərinə görə, raket-daşıyıcısının buraxılışı şirkətin “YouTube” kanalı üzərindən yayımlanıb.

Raket-daşıyıcının buraxılışı yerli vaxtla saat 13.30-da Norveçin Anneya kosmodromundan həyata keçirilib. Ancaq “Spectrum” raket-daşıyıcısı buraxılışdan bir neçə saniyə sonra yerə düşüb. Şirkətin bundan əvvəl raket-daşıyıcısını orbitə çıxarmaq cəhdi də uğursuz olub.

Hündürlüyü 28 metr olan “Spectrum” raket-daşıyıcısı yerin aşağı orbitinə 1000 kq yükün çatdırılması üçün nəzərdə tutulub.

“Isar Aerospace” şirkəti 2018-ci ildə yaradılıb.

Qeyd edək ki, hazırda özəl sektorda amerikalı iş adamı İlon Maskın “SpaceX” şirkəti raket-daşıyıcıları sahəsində lider mövqeyindədir. 

 

“Spectrum” raket-daşıyıcısının buraxılışı uğursuz olub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1420

Oxşar yazılar