Məktəb direktoru və oğlu  faciəvi şəkildə öldülər
04 noyabr 2025 15:24 (UTC +04:00)

Məktəb direktoru və oğlu faciəvi şəkildə öldülər

0

Laosda özəl məktəbin direktoru Daniel Oven və onun 15 yaşlı oğlu Kuper həlak olublar. Onların ölümünə nəhəng Asiya eşşəkarısı sürüsünün hücumu səbəb olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Luanqprabanq şəhəri yaxınlığında baş verib. Ailə Mekonq çayı sahilində yerləşən ekoparkda istirahət edirmiş. Kanat yolu ilə eniş zamanı ata, oğul və onları müşayiət edən bələdçi nəhəng eşşəkarısı sürüsünün hücumuna məruz qalıb.

Arıların sancması nəticəsində Oven və onun oğlu yüzdən çox xəsarət alıblar. Xəstəxanaya çatdırıldıqdan bir neçə saat sonra hər ikisi vəfat edib.

Parkın ərazisindəki bütün təhlükəsizlik prosedurları yenidən nəzərdən keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 794

Oxşar yazılar