Meşə yanğınında minlərlə insan köçürüldü
18 mart 2024 02:15 (UTC +04:00)

Meşə yanğınında minlərlə insan köçürüldü

Çinin Sıçuan əyalətində meşə yanğını ilə əlaqədar əhalinin təxliyəsi həyata keçirilir.

APA xəbər verir ki, bu barədə Çinin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, ümumilikdə 3396 sakin təxliyə edilib. "Hələlik tələfat barədə məlumat yoxdur, yanğının başvermə səbəbi araşdırılır", - nazirliyin məlumatında bildirilib.

Yanğınla mübarizəyə minə yaxın yanğınsöndürən, 7 helikopter cəlb edilib.

# 2049
avatar

Oxşar yazılar