Milyarder dünyanı ələ keçirmək planını AÇIQLADI
24 iyun 2023 11:37 (UTC +04:00)

Milyarder dünyanı ələ keçirmək planını AÇIQLADI

0

"SoftBank" texnologiya və maliyyə şirkətin rəhbəri, yaponiyalı milyarder Masayoşi Son süni intellekt texnologiyasından istifadə edərək "dünyanı ələ keçirmək" planlarını açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə “Fortune” məlumat yayıb.

“Mən AI sərmayələrimdə çoxlu səhvlər etdim, bəziləri bu günə qədər məni çaşdırır. Ancaq bir çox uğursuzluqlar arasında çox tezliklə çiçək açacaq bir neçə qönçə də var. Sonda dünyanı biz idarə edəcəyik” deyə milyarder bildirib.

Etiraf edib ki, o, ChatGPT süni intellekt elementləri olan çatbotun pərəstişkarıdır və süni intellektin Yapon texnologiya şirkətinə böhran dövrünün öhdəsindən gəlməyə kömək edəcəyinə inanır.

“Mən hər gün ChatGPT ilə əlaqə saxlayıram. "OpenAI"nin yaradıcısı Sem Altmanla da demək olar ki, hər gün ünsiyyətdə oluram”, - deyə iş adamı bildirib. "SoftBank"ın təsisçisi əlavə edib ki, indi korporasiya bazarında özünü "daha da aqressiv" aparacaq.

İndi SoftBank Yaponiya holdinqinə daxil olan Britaniya çip istehsalçısı "Arm"ın səhmlərinin kütləvi satışına hazırlaşır. Yapon sahibkarın sözlərinə görə, generativ süni intellektin inkişafı sayəsində çip istehsalçılarına maraq kəskin şəkildə artır.

Arm mobil çip bazarında üstünlük təşkil edir və demək olar ki, hər bir smartfon çipi onun arxitekturasından istifadə edir. "SoftBank Arm"ı 10 milyard dollar dəyərində qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2037

Oxşar yazılar