Qarabağa gələn Mixail Qusman işdən çıxarıldı
25 iyul 2025 01:01 (UTC +04:00)

Qarabağa gələn Mixail Qusman işdən çıxarıldı

Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Lent.az xəbər verir ki, bu haqda sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.

Qeyd edək ki, 75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib. 2000-ci ildən "Güc formulu" teleserialının müəllifi və aparıcısıdır. Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (2001) və Rusiya Federasiyasının əməkdar jurnalisti (2018).

Qusman YUNESKO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, YUNESKO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiya Federasiyasının YUNESKO üzrə Komissiyasının üzvüdür.

Xatırladaq ki, Qusman 19-21 iyul tarixlərində Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda iştirak edib. 

III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media strukturunun, eləcə də digər ixtisaslaşmış qurumların nümayəndələri iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092

Oxşar yazılar