Goranboyda ildırım  yanğına səbəb oldu
25 iyul 2025 23:00 (UTC +04:00)

Goranboyda ildırım yanğına səbəb oldu

Goranboy rayonunun Yal Taxıl adlanan meşəlik ərazisinə ildırım düşməsi nəticəsində yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı ərazidə quru ot və ağaclıq ərazi alovlanıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar