Qarət olunan reper özü həbs olundu  - Evindən nələr çıxdı?
25 iyul 2025 14:16 (UTC +04:00)

Qarət olunan reper özü həbs olundu - Evindən nələr çıxdı?

Amerikalı reper GloRilla qanunsuz narkotik dövriyyəsində ittiham olunaraq WNBA ulduzlar oyunu öncəsi gecə həbs edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, polislər şənbə günü gecə saatlarında əsl adı Gloriya Alleluya Vuds olan reperin evində baş vermiş oğurluqla bağlı daxil olan zəngə reaksiya veriblər. Həmin vaxt Vuds özü İndianapolis şəhərində olub və axşam WNBA ulduzlar oyununda çıxış etməyə hazırlaşırmış.

Polisin məlumatına görə, Vuds evdə olmadığı vaxt üç şübhəli şəxs onun evinə girərək oğurluq etməyə cəhd göstərib və polis onlara atəş açıb. Bildirilir ki, quldurlar atəşdən salamat qurtularaq hadisə yerindən qaça biliblər. Hadisə ilə bağlı araşdırma aparan polis əməkdaşları evdə xüsusi bir qoxu hiss ediblər və bununla əlaqədar narkotiklərlə mübarizə qrupunu çağırıblar. Axtarış zamanı yataq otağındakı şkafda xeyli miqdarda marixuana aşkar edilib.

Gloriya Vudsa marixuana və qadağan olunmuş maddələrin saxlanması ilə bağlı rəsmi ittiham irəli sürülüb. Reper çərşənbə axşamı könüllü şəkildə Forsayt dairəsi hüquq-mühafizə orqanlarına təslim olub. Daha sonra o, 22 min 260 dollar girov qarşılığında azadlığa buraxılıb.

Polis hələlik reperin evinə girərək oğurluq etməyə çalışan üç nəfərdən heç birini tapmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar