Zaqatalada ağacların kəsilməsi faktına görə cinayət işi açıldı  - VİDEO  - YENİLƏNİB
25 iyul 2025 18:15 (UTC +04:00)

Zaqatalada ağacların kəsilməsi faktına görə cinayət işi açıldı - VİDEO - YENİLƏNİB

Zaqatalada ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb.

DİN Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, Zaqatala rayonunda ağacların kəsilməsi faktına görə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***

14 iyul, saat 17:19

Sosial şəbəkələrdə Zaqatalada ağacların kütləvi kəsilməsini əks etdirən görüntülər yayılıb. 

Lent.az-ın xəbərinə görə, görüntülərdən belə məlum olur ki, rayonun "PMK-20" adlanan ərazisində iri gövdəli ağaclar kütləvi şəkildə kəsilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb: 

"Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiyumət veriləcək". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6544

Oxşar yazılar