Kriminal avtoritetin evindən onların şəkilləri  çıxdı
25 iyul 2025 15:59 (UTC +04:00)

Kriminal avtoritetin evindən onların şəkilləri çıxdı

Rusiyanın Kuzbas şəhərinin cinayət aləminin nümayəndələrindən biri olan Salixcan Şamazovun evində qorxulu bir xatirə qalereyası aşkarlanıb. Divarın biri tamamilə vəfat etmiş “qanuni oğru”ların fotoları ilə örtülüb.

Lent.az xəbər verir ki, bu “ikonostas” adlandırılan divar onlarla portretdən ibarətdir. Hamısı cinayət, zorakılıq və qanunsuzluq izləri buraxmış şəxslərin şəkilləridir. Onların arasında Roqatik Novokuznetskiy, Korostıl, Paşkan, Volosatıy, Rıba, Siçinava, Romaşka, Mutay və Solyonıy kimi tanınmış “qanuni oğru”lar yer alır. Bu “şərəf lövhəsi” cinayət yolunu guya şərəfli tale kimi təqdim edən qaranlıq bir cinayətkar kultunu xatırladır.

“Qanuni oğrular dünyasının tarixi muzeyi” adlandırılan bu mənzərə, cinayətkar keçmişin təhrif olunmuş şəkildə romantikləşdirilməsini bir daha vurğulayır. Bu cür təsvirlər göstərir ki, cinayətkar ideologiya cəmiyyətin bəzi təbəqələrinin şüuruna nə qədər dərindən sirayət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748

Oxşar yazılar