Napoleon və imperatriçənin zinət əşyaları oğurlandı-YENİLƏNİB
19 oktyabr 2025 15:23 (UTC +04:00)

Napoleon və imperatriçənin zinət əşyaları oğurlandı-YENİLƏNİB

1

Bu gün səhər Parisdəki Luvr muzeyindən oğurlanan qiymətli zinət əşyalardan biri tapılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə “Le Parisien” məlumat yayıb.

Qeyd edilib ki, Napoleonun həyat yoldaşının - imperatriçənin tacından söhbət gedir. Tac sınmış vəziyyətdə aşkarlanıb.

O da məlum olub ki, oğurluq cəmi 7 dəqiqə ərzində həyata keçirilib, xəbərdarlıq siqnalları işə düşməyib.

***

saat 14.28 

Parisdəki məşhur Luvr muzeyində oğurluq hadisəsi baş verib.

Lent.az-ın xəbərinə görə, bu barədə yerli media məlumat yayıb.
Beş nəfər naməlum şəxs Sene çayı tərəfindən muzeyə daxil olaraq Napoleona və imperatriçəyə aid zinət əşyalarını – boyunbağı, bər-bəzək broşu və diademanı oğurlayıblar.
“Le Parisien” nəşrinin yazdığına görə, cinayətkarlar hazırda təmir işləri aparılan binaya yük liftindən istifadə etməklə daxil olublar və “Apollon qalereyasında” yerləşən otağa çataraq doqquz eksponatı ələ keçiriblər.
Hazırda muzey fəaliyyətini dayandırıb, oğruların axtarışı isə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 412

Oxşar yazılar