Okeanda 1,7 ton kokain daşıyan sualtı qayıq  ələ küçirildi
05 noyabr 2025 08:15 (UTC +04:00)

Okeanda 1,7 ton kokain daşıyan sualtı qayıq ələ küçirildi

0

Portuqaliya hökuməti Atlantik okeanının ortasında 1,7 tondan çox kokain daşıyan sualtı qayığı ələ keçirib.

Lent.az xəbər verir ki, sualtı qayıq Portuqaliya donanması və məhkəmə polisinin birgə əməliyyatı nəticəsində İberiya yarımadasına doğru gedərkən saxlanılıb.

Polis göyərtədə olan dörd Cənubi Amerikadan olan ekipaj üzvünün saxlanıldığını acılayıb.

Şübhəlilərdən ikisi ekvadorlu, biri venesuelalı, biri isə kolumbiyalıdır.

Portuqaliya donanması pis hava şəraiti və qayığın kövrək quruluşu səbəbilə limana çəkə bilmədiyi qayığı batırmaq məcburiyyətində qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar