İsrail hökuməti ölkədə koronavirusun “Omikron” variantının yayılmasının qarşısını almaq üçün əksər ölkələrin vətəndaşları üçün sərhədlərini müvəqqəti bağlayıb, bir sıra məhdudiyyətlər tətbiq edib.
Lent.az-ın “Jerusalem Post” qəzetinə istinadən verdiyi xəbərə görə, İsrail hökuməti bu barədə dünən axşam məlumat yayıb.
Məhdudiyyətlər bu gündən qüvvəyə minir.
Qeyd edək ki, hazırda İsraildə koronavirusun “Omikron” variantına bir nəfərin yoluxduğu təsdiqlənib, 7 nəfər isə testin nəticəsini gözləyir.
Yeni qaydalara əsasən, İsrailə gələn istənilən xarici ölkə vətəndaşı, o cümlədən peyvənd olunanlar 3 gün karantində qalacaq. Ölkəyə gələnlər aeroportda test verəcəklər. Əgər İsrailə səfərdən sonra üçüncü gün testin nəticəsi neqativ çıxarsa, həmin əcnəbilərə karantindən çıxmağa icazə veriləcək. Xaricdən gələn və peyvənd olunmayan İsrail vətəndaşları üçün karantin müddəti 7 gün olacaq. Əcnəbilər karantin müddətində xüsusi oteldə qalmalıdırlar.
Xatırladaq ki, İsrail hökuməti bundan əvvəl koronavirusun “Omikron” variantının yayıldığı bir sıra Afrika ölkələrindən ölkəyə səfərlərə məhdudiyyət qoymuşdu.

“Omikron” sərhədləri bağlatdırmağa başladı
Oxşar yazılar

Tehranda su qıtlığına görə daha bir problem: İctimai tualetlər bağlanır
2 avqust 2025 , 15:08
Trampdan FES rəhbərinə: İstefa ver
2 avqust 2025 , 08:19
Məhkəmə sabiq prezidenti 12 il ev dustaqlığına məhkum etdi
2 avqust 2025 , 01:56
Trampdan sərt addım - Rusiyanın yaxınlığına iki nüvə sualtı qayıq göndərdi
1 avqust 2025 , 21:57
Tramp 70-ə yaxın ölkəyə yeni tariflər tətbiq etdi
1 avqust 2025 , 06:28
Yeni dünya rekordu: 829 km uzunluğunda ildırım qeydə alındı
1 avqust 2025 , 03:47
Gürcüstan-Rusiya sərhədi nəqliyyat vasitələri üçün bağlandı - VİDEO
31 iyul 2025 , 22:10