Özünü 50 minə satmaq istəyən GƏNCİN BAŞINA GƏLƏNLƏR  - FOTO
10 noyabr 2021 23:31 (UTC +04:00)

Özünü 50 minə satmaq istəyən GƏNCİN BAŞINA GƏLƏNLƏR - FOTO

Nigeriyadan olan Aliya İdris özünü 50 min dollara satmağa cəhd etdiyi üçün həbs edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, kişinin dediyinə görə, o, bu pulu kasıb valideynlərinə verəcəkmiş.

26 yaşlı Aliyanın deyib ki, dərzi işləyir, amma pis yaşayır - yalnız vacib ehtiyaclar üçün kifayət qədər pulu var. Maddi vəziyyətini birtəhər yaxşılaşdırmaq üçün adam əla üsul tapıb, onun fikrincə, özünü satmaq fikrinə gəlib.

İdris kartona 50 min dollara satıldığı barədə elan yazıb, boynuna asıb və bu formada şəhəri gəzməyə başlayıb.

“Yoxsulluq üzündən bu qərarı verdim. Pulun bir hissəsini valideynlərimə verməyi, qalanını isə öz həyatım üçün saxlamağa düşünürəm”, - kişi deyib.

Lakin polisin onu saxlaması ilə afrikalının planları alt-üst olub. Zabitlər İdrisin fikrini təhqiramiz hesab ediblər.

“Bəli, Aliyanı tutduq, o, polis bölməsində gecələyib. Onun etdikləri İslamda haramdır. Hansı vəziyyətdə olursan ol, özünü sata bilməzsən”, polisdən vurğulayıblar.

Zabitlərin bildirdiyinə görə, İdrislə maarifləndirici söhbət olub, sonra onu sərbəst buraxıblar.

# 2574
avatar

Oxşar yazılar