Pakistanda partlayış baş verdi, yeddi nəfər öldü
15 noyabr 2025 23:30 (UTC +04:00)

Pakistanda partlayış baş verdi, yeddi nəfər öldü

0

Pakistanda fişəng istehsalı ilə məşğul olan müəssisədə baş verən partlayış nəticəsində azı yeddi nəfər ölüb, daha 7 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə Samaa TV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovu lokallaşdırmağa nail olublar.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir və onlar xəstəxanaya yerləşdirilib. Fabrikin binasına ciddi ziyan dəyib.

Yerlı hakimiyyət nümayəndələrinin sözlərinə görə, partlayış çayın kənarındakı əkin sahələrinin arasında gizli şəkildə fəaliyyət göstərən qeyri-leqal müəssisədə baş verib. Hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar