Roma Papası XIV Leo katoliklərin birdən çox qadınla evlənməsini və ya cinsi əlaqədə olmasını qadağan edən fərman imzalayıb.
Lent.az xəbər verir ki, bu barədə “Reuters” həmin sənədə istinadən məlumat yayıb.
"Poliqamiya, zina və ya poliamoriya münasibətlərin intensivliyinin partnyorların sayı ilə müəyyən edilə biləcəyi illüziyasına əsaslanır. Evlilik bir kişi və bir qadın arasında ömürlük bir öhdəlikdir", - sənəddə deyilir.
Qeyd edək ki, çoxarvadlılıq məsələsi artıq 2023 və 2024-cü illərdə Vatikandakı iki sammitdə müzakirə olunub.
Buna Afrikada çoxarvadlılığın artması və bəzi Qərb ölkələrində çoxarvadlılığın artan populyarlığı səbəb olub.