Patrul maşınında  102 kilo narkotik daşıyan polis TUTULDU
16 mart 2024 13:07 (UTC +04:00)

Patrul maşınında 102 kilo narkotik daşıyan polis TUTULDU

Yunanıstan polisi patrul avtomobilində 102 kq marixuana daşıyarkən saxlanılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə martın 15-də Albaniya sərhədi yaxınlığında yerləşən İqoumenitsa liman şəhərində baş verib. Həmin ərazi Yunanıstana külli miqdarda marixuana keçirilən yerdir.

Bu dəfə polis əməkdaşı narkotik alverində şübhəli bilinərək həbs edilib. O, qadağan olunmuş maddələrin daşınması üçün nişanı olmayan xidməti avtomobilindən istifadə edib. Axtarış nəticəsində avtomobildən 102 kiloqram marixuana aşkar edilib.

Məlum olub ki, polis əməkdaşı həmkarlarının dayanmaq əmrinə məhəl qoymayıb və avtomobilə idarəetməni itirərək dayanmış avtomobillərə çırpıldıqdan sonra saxlanılıb.

Bundan əlavə, saxlanılan şəxsin ortağı da həbs edilib. O, hadisə zamanı şəhərdən 20 km aralıda yerləşən kafedə olub. Hər iki şübhəli narkotik saxlamaqda ittiham olunub.

# 2601
avatar

Oxşar yazılar

Güclü tornado 3 nəfəri öldürdü

Güclü tornado 3 nəfəri öldürdü

29 aprel 2024 , 05:22
Daşqınlar 90 nəfəri ÖLDÜRDÜ

Daşqınlar 90 nəfəri ÖLDÜRDÜ

29 aprel 2024 , 03:21
Avtobusla yük maşını TOQQUŞDU , 7 nəfər öldü

Avtobusla yük maşını TOQQUŞDU, 7 nəfər öldü

29 aprel 2024 , 02:51
Gürcüstanda keçmiş dövlət naziri SAXLANILDI

Gürcüstanda keçmiş dövlət naziri SAXLANILDI

29 aprel 2024 , 01:28
Tbilisidə polislə etirazçılar arasında qarşıdurma: XÜSUSİ TƏYİNATLILAR  səfərbər edildi

Tbilisidə polislə etirazçılar arasında qarşıdurma: XÜSUSİ TƏYİNATLILAR səfərbər edildi

28 aprel 2024 , 23:47
Roma Papası gənclərə mobil telefonla bağlı çağırış etdi

Roma Papası gənclərə mobil telefonla bağlı çağırış etdi

28 aprel 2024 , 19:09
“Mercedes” qalmaqaldan qurtuldu

“Mercedes” qalmaqaldan qurtuldu

28 aprel 2024 , 17:10
Stallone memuar yazır

Stallone memuar yazır

28 aprel 2024 , 16:10