Pitbullar baba və 3 aylıq nəvəsini  parçaladı - DƏHŞƏT
06 dekabr 2025 13:00 (UTC +04:00)

Pitbullar baba və 3 aylıq nəvəsini parçaladı - DƏHŞƏT

0

ABŞ-ın Tennessi ştatında pitbul cinsli it babanı və nəvəsini parçalayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 50 yaşlı kişi və onun üç aylıq nəvəsi pitbul hücumu nəticəsində həlak olub. Hadisə Tallocoma şəhərində baş verib.

Hadisə yerinə çatan polis əməkçiləri pitbulların körpənin bədənini “ciddi şəkildə parçaladıqlarını” görüblər. Hücumu dayandırmaq üçün polislər itləri güllələməyə məcbur olublar, lakin qurbanları xilas etmək mümkün olmayıb.

Qurbanlar 50 yaşlı Ceyms Aleksandr Smit və onun üç aylıq nəvəsi olub. Qonşunun sözlərinə görə, bu ailənin yeddi iti olub və onlar əvvəllər də aqressiya göstərərək ərazidəki digər heyvanlara hücum ediblər.

Rayon prokurorluğu genişmiqyaslı araşdırmaya başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar