Estoniyanın baş naziri Kaya Kallas ölkəsində sərhədlərin gücləndirilməsini bəyan edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qonşu Rusiyada baş verənləri diqqətlə izlədiyini bildirib.
Kallas qeyd edib ki, indiki şəraitdə Estoniya üçün bir başa təhlükə yoxdur:
"Amma vətəndaşlarımızı Rusiyanın bu və ya digər şəhərinə səfərə getməməyə çağırıq.
Rusiyada "Vaqner" qiyamı ilə əlaqədar olaraq Polşa ordusu da yüksək səviyyəli döyüş hazırlığına gətirilib.
Bu barədə Polşa prezidenti Andjey Duda əmr verib.