"Rusiya Avropa ölkələri ilə müharibə etməyə hazırlaşmır."
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Rusiya hazırda Avropa ilə müharibəyə hazırdır.
"Amma əgər Avropa müharibəyə başlasa, Rusiya döyüşməyə bu dəqiqə hazırdır", - deyə Putin bildirib.
O qeyd edib ki, Avropa Ukrayna üzrə sülh planı ilə bağlı Rusiya üçün qəbuledilməz təkliflər irəli sürür: “Əgər Avropa Rusiya ilə müharibəyə başlasa, yaxın zamanda Moskvanın “danışıqlar aparması üçün adam qalmayacaq”.