Qlobal istiləşmə güclənir: Hansı ölkələr risk altındadır?
29 may 2023 15:56 (UTC +04:00)

Qlobal istiləşmə güclənir: Hansı ölkələr risk altındadır?

Alimlərin fikrincə, qlobal istiləşmə bir sıra şəhərlərin mövcudluğunu təhdid edəcək. Britaniya alimləri genişmiqyaslı tədqiqat aparıblar və bu araşdırma zamanı anormal istilərdən daha çox risk altında olan ölkələri müəyyən edə biliblər.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, alimlər xəbərdarlıq ediblər ki, iqlim dəyişikliyi şəraitində isti dalğaları daha tez-tez baş verir və minlərlə ölümlə nəticələnə bilər.

Tədqiqatçılar vurğulayırlar ki, bəşəriyyət üçün mövcudluq şəraitində gələcək dəyişikliklərə hazırlaşmağın vaxtı çatıb. Onların təklif etdikləri tədbirlər arasında şəhərlərdə soyutma mərkəzlərinin yaradılması və ya işçilərin açıq havada iş vaxtının azaldılması da var.

Eyni zamanda alimlər bildirirlər ki, söhbət təkcə anomal istilərin gözlənildiyi ölkələrdən getmir. Belə ki, yeni araşdırmada sosial-iqtisadi amillər, əhalinin artımı, enerji şəbəkələrinin dayanıqlığı və tibbi xidmətlərin əlçatanlığı kimi amillər də nəzərə alınıb.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, Əfqanıstan, Papua Yeni Qvineya və Mərkəzi Amerikanın bəzi hissələri kimi bölgələr istilik dalğalarının dağıdıcı təsirlərinə çox həssasdır. Çin və paytaxtı Pekin də nisbətən böyük bir əhali üçün risk baxımından ən həssas şəhər kimi adlanır.

Araşdırmaçılar etiraf edirlər ki, qarşıda nələri gözlədiyinə əmin ola bilmirlər, lakin gələcəyin indiyə qədər gördüklərindən daha pis olacağı ehtimal edirlər. Alimlər həmçinin deyirlər ki, davamlı yüksək temperatur insanları birbaşa öldürə bilər. Bundan əlavə, isti dalğalarının meşə yanğınları riskinin artırması kimi təsirləri də var.

# 2460
avatar

Fidan İlqar

Oxşar yazılar

Rusiyanın Xalq artisti öldü

Rusiyanın Xalq artisti öldü

5 oktyabr 2023 , 02:18
Məşhur aktyor xəstəxanalıq oldu

Məşhur aktyor xəstəxanalıq oldu

5 oktyabr 2023 , 01:49
Əfqan sərhədçisi  atəş açdı , ölənlər var

Əfqan sərhədçisi atəş açdı, ölənlər var

5 oktyabr 2023 , 01:19
Toyda bəyə bıçaqla hücum oldu

Toyda bəyə bıçaqla hücum oldu

4 oktyabr 2023 , 22:20
Daşqın 14 nəfərin   həyatına son qoydu

Daşqın 14 nəfərin həyatına son qoydu

4 oktyabr 2023 , 20:57
Dünyanın  ən təhlükəsiz   ölkələri - SİYAHI

Dünyanın ən təhlükəsiz ölkələri - SİYAHI

4 oktyabr 2023 , 19:39
Kadırov ölərsə, varisi də çox  yaşamayacaq   – EKSPERT

Kadırov ölərsə, varisi də çox yaşamayacaq – EKSPERT

4 oktyabr 2023 , 18:16
Ticarət mərkəzində atışma: 2 ÖLÜ

Ticarət mərkəzində atışma: 2 ÖLÜ

4 oktyabr 2023 , 07:46