Rusiyada Su-30 qəzaya uğradı,  ekipaj öldü
13 noyabr 2025 21:24 (UTC +04:00)

Rusiyada Su-30 qəzaya uğradı, ekipaj öldü

0

Kareliya Respublikasında Su-30 tipli hərbi təyyarə qəzaya düşüb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, təyyarənin ekipajı həlak olub.

“Bu gün Moskva vaxtı ilə təxminən 19:00 radələrində Kareliyada planlı təlim-uçuş yerinə yetirən Su-30 təyyarəsi qəzaya uğrayıb,” – deyə Müdafiə Nazirliyi bildirib.

Qurumun məlumatında qeyd edilir ki, təyyarə insanların olmadığı əraziyə düşüb və uçuş döyüş sursatı olmadan həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar