Səudiyyə Ərəbistanında dörd futbol klubu özəlləşdirildi
06 iyun 2023 01:08 (UTC +04:00)

Səudiyyə Ərəbistanında dörd futbol klubu özəlləşdirildi

Səudiyyə Ərəbistanının dörd futbol klubu - "Əl-Əhli", "Əl-İttihad", "Əl-Nasr" və "Əl-Hilal" vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudun bazar ertəsi elan etdiyi investisiya layihəsi çərçivəsində gələcək özəlləşdirmə üçün şirkətlərə çevrilib.

Lent.az-ın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PİF) məlumat yayıb.

Sənəddən göründüyü kimi, PİF dörd klubun hər birində 75% paya sahib olacaq. “Əl-Əhli”, “Əl-İttihad”, “Əl-Nasr” və “Əl-Hilal”ın mülkiyyət strukturunda qalan 25%-lik pay klubların hər biri üçün yaradılmış ayrıca qeyri-kommersiya fonduna veriləcək.


 

# 1110
avatar

Oxşar yazılar