Şimali Koreya Yaponiyaya  xəbərdarlıq etdi -YENİLƏNİB
29 may 2023 08:37 (UTC +04:00)

Şimali Koreya Yaponiyaya xəbərdarlıq etdi-YENİLƏNİB

Yaponiya hökuməti Şimali Koreya hakimiyyətini ballistik raketlə kəşfiyyat peyki buraxmaqdan çəkinməyə çağırıb.

Lent.az-ın məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

Matsunonun sözlərinə görə, Tokio Pxenyanı peykin buraxılmasını dayandırmağa çağırır. Yaponiya hökuməti hesab edir ki, raketin buraxılması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması və Yaponiyanın təhlükəsizliyinə qarşı “böyük təxribat” olacaq.
 

*** 

07.47

Şimali Koreya iyunun 11-dək ilk kəşfiyyat peykini orbitə çıxarmaq niyyətindədir.

Lent.az-ın məlumatına görə, bu barədə mayın 29-da Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Qeyd olunur ki, Pxenyandan müvafiq bildiriş alınıb.

NHK telekanalının məlumatına görə, Yaponiya hökuməti Şimali Koreyanı təmkinli olmağa çağırıb.
 

# 1953
avatar

Oxşar yazılar