Rusiyada ödənilməmiş yol hərəkəti cərimələrindən 11 milyard rubl yığılıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Federal Məhkəmə İcraçıları Xidmətinin ( FSSP ) direktoru və Rusiya Federasiyasının baş məhkəmə icraçısı Dmitri Aristov məlumat yayıb.
Onun sözlərinə görə, əvvəllər FSSP regional idarələrindəki məhkəmə icraçıları sürücülərdən cərimələrin yığılması ilə məşğul olurdusa, indi bu vəzifəni FSSP-nin Baş Regionlararası İdarəsində vahid, ixtisaslaşmış elektron icra şöbəsi həyata keçirir.
Fərqanə Novruzova