Tanınmış futbol şərhçisi öldü
19 mart 2024 20:19 (UTC +04:00)

Tanınmış futbol şərhçisi öldü

Rusiyanın "Matç TV" telekanlının tanınmış şərhçisi Vasili Utkin vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

52 yaşlı şərhçinin ürəktutmasından dünyasını dəyişdiyi deyilir.

Vasili Utkin 1990-cı illərin ortalarında NTV və "NTV Plus"un futbol şərhçisi və "Futbol Klubu" televiziya şousunun aparıcısı kimi şöhrət qazanıb.

2010-cu il sentyabrın 1-dən 2015-ci il avqustun 31-dək Utkin "NTV Plus" idman kanalının baş redaktoru vəzifəsində çalışıb.

O, 2004 və 2005-ci illərdə TEFI mükafatı üzrə ilin “Ən yaxşı idman şərhçisi” nominasiyasında qalibi olub.

# 2346
avatar

Oxşar yazılar