Taylandla Kamboca arasında müharibə başladı
09 dekabr 2025 07:28 (UTC +04:00)

Taylandla Kamboca arasında müharibə başladı

0

Tayland ordusunun Hərbi Dəniz Qüvvələri Kamboca qoşunlarını Tayland ərazisindən çıxarmaq üçün Trat əyalətində əməliyyata başlayıb.

Lent.az xəbər verir ki, bu barədə “The Nation” qəzeti məlumat yayıb.

Məlumata görə Tayland kəşfiyyatı ölkə ərazisindəki sərhəd bölgəsində Kamboca hərbi qüvvələrinin toplandığını aşkar edib.

Hərbi Dəniz Qüvvələrinin sözçüsü Parat Rattanaçaifan bildirib ki, Taylandın təmkinli addımlarına və dialoq qurmaq üçün davam edən səylərinə baxmayaraq, Kamboca qüvvələri Tayland ərazisindən geri çəkilməyib. Əksinə, onlar bölmələrini xüsusi təyinatlı qüvvələr, snayperlər və çoxsaylı raket sistemləri ilə gücləndiriblər və həmçinin mövqelərini və taktiki qurğularını Taylandın suverenliyinə açıq şəkildə təsir edən şəkildə təkmilləşdiriblər.

Qeyd edək ki, bir müddət əvvəl Kambocanın Taylandın şərq əyalətlərini yayılım atəş sistemlərindən atəşə tutduğu barədə xəbər yayılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 496

Oxşar yazılar