Tramp Putini hədələdi  - Əgər tezliklə razılığa gələ bilməsək, başqa yolum qalmayacaq
22 yanvar 2025 20:40 (UTC +04:00)

Tramp Putini hədələdi - Əgər tezliklə razılığa gələ bilməsək, başqa yolum qalmayacaq

ABŞ prezidenti Donald Tramp Putini Ukraynada müharibəni yaxın vaxtlarda bitirməyə çağırıb.

Lent.az xəbər verir ki, bu barədə Tramp "Truth" sosial şəbəkəsində Putinə müraciətində bildirib.

O, Putini xüsusi hərbi əməliyyatları dayamdırmağa çağırıb və əks halda ABŞ-nin Rusiyanın bu ölkəyə satdığı hər şeyə qarşı sanksiyalar və yüksək vergilər tətbiq edəcəyini açıqlayıb.

"Mən Rusiyaya zərər vermək istəmirəm. Radikal solçuların bütün bu uydurma“Rusiya, Rusiya, Rusiya”deyərək apardıqları kampaniyaya baxmayaraq, mən rus xalqını sevirəm və prezident Putinlə həmişə yaxşı münasibətdə olmuşam.

Unutmamalıyıq ki, Rusiya İkinci Dünya Müharibəsində qalib gəlməkdə bizə kömək edib, bununla yanaşı 60 milyona yaxın insan həyatını itirib.

Bununla belə, iqtisadiyyatı hazırda çökməkdə olan Rusiyaya və prezident Putinə böyük bir yaxşılıq etmək niyyətindəyəm. Gəlin bu axmaq müharibəni indi dayandıraq! O, yalnız vəziyyəti daha da pisləşdirəcək. Əgər tezliklə razılığa gələ bilməsək, Rusiyanın ABŞ-yə və bu tədbirə qoşulan digər ölkələrə satdığı bütün məhsullara yüksək vergi, rüsum və sanksiyalar tətbiq etməkdən başqa yolum qalmayacaq.

Bu müharibə, hansı ki, mən prezident olsaydım heç vaxt baş verməyəcəkdi, bitməlidir! Biz bunu yaxşı və ya pis şəkildə edə bilərik - amma yaxşı yol həmişə daha yaxşıdır. Razılaşma əldə etməyin vaxtı yetişib. Artıq heç bir can itkisi olmamalıdır", - deyə Tramp Putinə müraciətində yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2800

Oxşar yazılar

İsrail Qəzzanı BOMBALADI:   28 nəfər öldü

İsrail Qəzzanı BOMBALADI: 28 nəfər öldü

13 may 2025 , 23:47
Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14