Krakov dünyanın ən təmiz şəhəri seçilib və bu, onu səyahət üçün ən rahat məkanlardan birinə çevirir.
Lent.az xəbər verir ki, bu barədə təhlükəsiz baqaj saxlanması xidmətləri göstərən “Radical Storage” şirkətinin araşdırmasında qeyd olunur.
Araşdırmaya görə, turistlərin Krakovun təmizliyi ilə bağlı rəylərinin 98,5 faizi müsbətdir. Reytinqdə ikinci yeri BƏƏ-nin Şarca şəhəri tutub — 98 faiz müsbət rəy. İlk üçlüyü isə şəhər-dövlət olan Sinqapur bağlayıb — 97,9 faiz.
Top-10-luqda həmçinin Varşava (Polşa), Doha (Qatar), Ər-Riyad (Səudiyyə Ərəbistanı), Praqa (Çexiya), Məsqət (Oman), Dubay (BƏƏ) və Fukoka (Yaponiya) yer alıb.