Türkiyə və Ermənistan rəsmiləri görüşməyə qərar verdi
20 mart 2024 23:07 (UTC +04:00)

Türkiyə və Ermənistan rəsmiləri görüşməyə qərar verdi

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında iclasın keçirilməsi ilə bağlı qərar var, lakin görüşün tarixi və yeri hələ müəyyən edilməyib, onları işçi qaydada razılaşdırmaq lazımdır.

Lent.az xəbər verir ki, bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan “Factor.am”a açıqlamasında deyib.

Xatırladaq ki, Antalyada keçirilən forumda Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç növbəti görüşün İrəvanda keçirilməsini təklif etmişdi.

# 2109
avatar

Oxşar yazılar