Türkiyədə keçmiş bank işçisinə 102 il həbs  verildi
01 dekabr 2025 22:32 (UTC +04:00)

Türkiyədə keçmiş bank işçisinə 102 il həbs verildi

0

İstanbul məhkəməsi Denizbank-ın keçmiş filial rəhbəri Seçil Erzanı genişmiqyaslı dələduzluq və aldatma ittihamları üzrə 102 il 4 ay müddətinə azadlıqdan məhrum edib.

Lent.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Məhkəmə ona əlavə olaraq 178 min dollar məbləğində cərimə də kəsib.

İstintaq müəyyən edib ki, Erzanın yaratdığı fond yüksək gəlir vədi ilə 41 nəfəri aldadıb. Zərərçəkənlər arasında məşhur futbolçular və məşqçilər - Fatih Terim, Arda Turan, Emre Belözoğlu, Fernando Muslera və başqaları olub.

Seçil Erzan 2023-cü ilin aprelindən həbsdə saxlanılır. Ona əvvəlcə 40 milyon dollar və 20 milyon Türkiyə lirəsi (hazırkı məzənnə ilə 470 min dollar) məbləğində dələduzluq ittihamı irəli sürülmüşdü. Prokurorluq onun 109 ildən 358 ilədək həbsə məhkum edilməsini tələb edirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 132

Oxşar yazılar