Türkiyədə torpaq sürüşməsi -Ölənlər var
21 mart 2024 17:07 (UTC +04:00)

Türkiyədə torpaq sürüşməsi -Ölənlər var

Türkiyədə torpaq sürüşməsi olub.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, hadisə Tekirdağda sürətli dəmir yolu xəttinin tikintisi zamanı baş verib.

Torpaq altında iki işçi qalıb. Bir saat davam edən xilasetmə əməliyyatından sonra işçilərin meyitləri torpaq altından çıxarılıb.

# 2175
avatar

Oxşar yazılar