Ukrayna Rusiyaya hücum etdi, ölənlər var
16 mart 2024 12:19 (UTC +04:00)

Ukrayna Rusiyaya hücum etdi, ölənlər var

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna hərbçilərinin Belqorodu atəşə tutması nəticəsində iki nəfərin öldüyünü, üç nəfərin yaralandığını bildirib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, vilayət rəhbərinin sözlərinə görə, bir kişi və bir qadın ölüb. Qladkov deyib ki, həmin şəxs yük maşını idarə edərkən ona mərmi düşüb. Daha sonra avtomobil sərnişin avtobusuna çırpılıb, lakin sərnişinlərdən xəsarət alan olmayıb.

Öz növbəsində qadın oğlu ilə birlikdə itləri yedizdirməyə gəldiyi qaraj kooperativində dünyasını dəyişib. Həkimlər indi onun oğlunun həyatı üçün mübarizə aparırlar. Oğlanın başının arxasında, çiynində və döş qəfəsində qəlpə yaraları var.

Qladkovun sözlərinə görə, daha iki nəfər qapalı kəllə-beyin travması alıb. Onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. Zərərçəkənlərin hamısı 2 saylı şəhər xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, martın 16-da səhər saatlarında Belqorod şəhəri və vilayəti ərazisində raket təhlükəsi elan edilib. Vətəndaşlar mümkünsə evlərini tərk etməməyə, pəncərələrə yaxınlaşmamağa çağırılıb.

Rusiya Müdafiə Nazirliyi bölgə üzərində havada səkkiz RM-70 Vampire MLRS mərmisinin vurulduğunu açıqlayıb.

# 2667
avatar

Oxşar yazılar

Gürcüstanda keçmiş dövlət naziri SAXLANILDI

Gürcüstanda keçmiş dövlət naziri SAXLANILDI

29 aprel 2024 , 01:28
Tbilisidə polislə etirazçılar arasında qarşıdurma: XÜSUSİ TƏYİNATLILAR  səfərbər edildi

Tbilisidə polislə etirazçılar arasında qarşıdurma: XÜSUSİ TƏYİNATLILAR səfərbər edildi

28 aprel 2024 , 23:47
Roma Papası gənclərə mobil telefonla bağlı çağırış etdi

Roma Papası gənclərə mobil telefonla bağlı çağırış etdi

28 aprel 2024 , 19:09
“Mercedes” qalmaqaldan qurtuldu

“Mercedes” qalmaqaldan qurtuldu

28 aprel 2024 , 17:10
Stallone memuar yazır

Stallone memuar yazır

28 aprel 2024 , 16:10
Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

28 aprel 2024 , 14:16
Yenə Quran yandırıldı

Yenə Quran yandırıldı

28 aprel 2024 , 13:24
TikTok Baydeni uduzdura bilər

TikTok Baydeni uduzdura bilər

28 aprel 2024 , 10:03