Ukraynanın 97 hərbi obyekti MƏHV EDİLİB
23 mart 2022 12:35 (UTC +04:00)

Ukraynanın 97 hərbi obyekti MƏHV EDİLİB

Rusiya aviasiyası son sutka ərzində Ukraynda 97 hərbi obyekti məhv edib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, ötən gecə Rusiya aviasiyası tərəfindən Kiyev yaxınlığında Ukraynanın iki ədəd “Toçka-U” taktiki raket kompleksi də məhv edilib: “Rusiyanın Ka-52 və Mi-28N helikopterləri gecə hücumları zamanı Ukrayna silahlı qüvvələrinin səkkiz tankını, beş piyada döyüş maşını və zirehli transportyorunu məhv edib. Ukraynada xüsusi əməliyyat başlayandan bu günə kimi 184 təyyarə və helikopter, 246 PUA və 189 hava hücumundan müdafiə sistemi məhv edilib.

Rusiya hava hücumundan müdafiə sistemləri son sutka ərzində Ukraynaya məxsus Su-24 və 16 pilotsuz uçuş aparatını, o cümlədən Rojin, Kapraşov və Maksim Qorki yaşayış məntəqələrində üç “Bayraktar TB-2”-ni vurub”.

İqor Konaşenkov onu da bildirib ki, Rusiya hərbçiləri Ukraynanın Rovno şəhərinin şimal-qərbindəki böyük bir arsenalı dəqiq idarə olunan dəniz əsaslı silahlarla məhv edib: "Martın 22-də axşam saatlarında dənizdən yüksək dəqiqlikli uzaqmənzilli silahlar Rovne şəhərindən 14 kilometr şimal-qərbdə yerləşən Orjev yaşayış məntəqəsindəki arsenala zərbə endirib. Zərbə nəticəsində Ukrayna qoşunlarının silah və hərbi texnika arsenalı, o cümlədən Qərb ölkələrindən alınan silah və texnikası məhv edilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1462

Oxşar yazılar

Rusiya Ukraynada müharibəni DAYANDIRDI

Rusiya Ukraynada müharibəni DAYANDIRDI

8 may 2025 , 14:55
Tələbə universitetə balta ilə HÜCUM ETDİ:  qadının başını kəsdi

Tələbə universitetə balta ilə HÜCUM ETDİ: qadının başını kəsdi

8 may 2025 , 13:45
İngiltərədə 5 iranlı terrora görə  TUTULDU

İngiltərədə 5 iranlı terrora görə TUTULDU

8 may 2025 , 13:03
Pakistanda bir neçə partlayış  baş verdi

Pakistanda bir neçə partlayış baş verdi

8 may 2025 , 07:54
Dəhşətli avtobus qəzası 12 can aldı

Dəhşətli avtobus qəzası 12 can aldı

8 may 2025 , 06:55
Rusiyada  güclü zəlzələ  oldu

Rusiyada güclü zəlzələ oldu

8 may 2025 , 05:23
Lotereyadan 167 milyon dollar  uddu, 4 gün sonra həbs olundu

Lotereyadan 167 milyon dollar uddu, 4 gün sonra həbs olundu

7 may 2025 , 15:22
Kadırov istefa elanından sonra yeni mükafat  aldı

Kadırov istefa elanından sonra yeni mükafat aldı

7 may 2025 , 13:58