Bölgələrdə yanğına   səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub
18 avqust 2026 09:43 (UTC +04:00)

Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olunub

0

Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar