Ev sahibinin xəbəri yoxdu, amma 15 sifariş  birdən gəldi – Kuryelər şoka düşdü
18 avqust 2026 11:16 (UTC +04:00)

Ev sahibinin xəbəri yoxdu, amma 15 sifariş birdən gəldi – Kuryelər şoka düşdü

0

Türkiyənin Bursa şəhərində naməlum şəxslər eyni mənzilin ünvanına müxtəlif tətbiqlər vasitəsilə ardıcıl 15 yemək və market sifarişi veriblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Nilüfer rayonunun Görüklə məhəlləsində baş verib. Müxtəlif obyektlərdən yola çıxan kuryerlər qısa fasilələrlə eyni binanın qarşısına gəliblər.

Kuryerlər sifarişləri təhvil vermək üçün mənzil sahibinə müraciət etdikdə gözlənilməz cavabla qarşılaşıblar. Ev sakini sifarişlərin heç birini vermədiyini və baş verənlərdən xəbərsiz olduğunu bildirib.

Sifarişlərin saxta olduğu üzə çıxdıqdan sonra kuryerlər paketləri aidiyyəti restoran və mağazalara geri aparıblar. Eyni ünvana çoxsaylı sifariş verən şəxslərin kimliyinin və bunu hansı məqsədlə etdiklərinin müəyyənləşdirilməsi üçün araşdırma başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar