Əsəd rejiminə dəstək: min «Hizbullah»çı Suriyada
19 fevral 2013 04:38 (UTC +04:00)

Əsəd rejiminə dəstək: min «Hizbullah»çı Suriyada

 

Bəşar Əsəd rejiminin uzun müddətə davam gətirməsində xarici qüvvələrin dəstəyi ilə bağlı çeşidli xəbərlər yayılmaqdadır.

 

Lent.az-ın Türkiyənin NTV-sinə istinadən məlumatına görə, Suriyanın bir çox bölgələrini müxalifətin nəzarətinə verən, Əsəd rejiminin imdadına ölkənin cənubunda «Hizbullah» yetişib.

 

Mənbə bildirib ki, Livan-Suriya sərhədindəki bir sıra kəndlərdə nəzarəti ələ keçirmək uğrunda «Hizbullah»-çılarla Suriya müxalifəti arasında qızğın döyüş gedib.

 

Həftə sonundan bəri davam edən atışmalarda 14 «Hizbullah»-çının öldürüldüyü iddia edilir.

 

Suriyanın Humus və əl-Kuseyr rayonlarındakı bəzi kəndlərə nəzarət edən «Hizbullah»-la savaşan müxalifət bildirib ki, Livandakı «Hizbullah» Əsədə yardım etmək üçün Suriyaya min yaraqlı göndərib.

Suriyanın sərhəddəki 8 kəndini ələ keçirən Livandan göndərilən yaraqlılar daha 3 belə yaşayış məntəqəni nəzarətə götürmək istəyəndə müxalifətlə aralarında döyüş olub. Nəticədə 5 müxalifətçi, bir «Hizbullah» yaraqlısı öldürülüb.

 

Azad Suriya Ordusunun sözçüsü Louay əl-Müqdəd bildirib ki, kəndlilərdən savaş gedən kəndləri tərk etmələrini istəyirlər. Onun sözlərinə əsasən, «Hizbullah» suriyalı dinc əhaliyə qarşı «adı bilinməyən bir savaş elan edib». Əl-Müqdəd livanlı yaraqlıların yerləşdiyi bölgələri Əsəd qırıcılarının bombalamadığını vurğulayıb.

 

Mənbə qeyd edib ki, «Hizbullah»-çılarla müxalifət arasında savaş İran İnqilab Keşikçiləri Qvardiyasının təmsilçisi Hisam Xoşnəfis («Həsən Şətiri») öldürüləndən sonra daha da sürəklənib.

 

Qeyd edək ki, o, Dəməşqdən Beyruta gedərkən yolda «silahlı terrorçular tərəfindən» öldürülüb.

# 1162
avatar

Oxşar yazılar

Tbilisidə keçirilən aksiyada Rusiya bayrağı YANDIRILDI

Tbilisidə keçirilən aksiyada Rusiya bayrağı YANDIRILDI

18 may 2024 , 23:10
Moskvada “Bolşoy Teatr”dan 1500 nəfər TƏXLİYƏ EDİLDİ  -VİDEO

Moskvada “Bolşoy Teatr”dan 1500 nəfər TƏXLİYƏ EDİLDİ -VİDEO

18 may 2024 , 22:09
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ

Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ

18 may 2024 , 21:59
İnsanları seçkiyə cəlb etmək üçün pivə verirlər

İnsanları seçkiyə cəlb etmək üçün pivə verirlər

18 may 2024 , 19:24
Bu pivəni içən 10 nəfər  öldü

Bu pivəni içən 10 nəfər öldü

18 may 2024 , 17:45
Sevgilisinin cinsi orqanını kəsib öldürdü

Sevgilisinin cinsi orqanını kəsib öldürdü

18 may 2024 , 17:13
Marmelad yeyən qadın soyundu, balkondan yıxılıb öldü

Marmelad yeyən qadın soyundu, balkondan yıxılıb öldü

18 may 2024 , 09:24
Bina çökdü, 33 ölü var

Bina çökdü, 33 ölü var

18 may 2024 , 05:11